Fev 24, 2017 15:49 Asia/Baku
  • İran və Azərbaycan müştərək dəmir yoldan istifadə ərəfəsindədir
    İran və Azərbaycan müştərək dəmir yoldan istifadə ərəfəsindədir

Azərbaycan Respublikası Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Rəşt-Astara dəmir yolunun inşasına başlanmasını nəzərə alaraq, Astara-Astara dəmiryolunun tezliklə istifadə mərhələsinə çatacağını və bu dəmir yolunun birləşdirilməsi ilə Avropa, Finlandiya, Rusiya və Gürcüstandan bütün ixracat və idxalat məhsullarının daha sürətlə region ölkələrinə nəql olunacağına ümid edib.

Cavid Qurbanov bu gün Astara rayonunun mərkəzi hissəsində sərhəddə Astara-Astara dəmir yolu proyekti ilə yaxından tanış olub: Azərbaycan Respublikası tərəfindən dəmiryolunun sərhədə qədər 8,5 kilometri sona çatıb.

80 metr uzunluqda müştərək sərhəd dəmiryolu körpüsünün yekunlaşmaqda olduğunu deyən Qurbanovun sözlərinə görə, İran İslam Respublikasının Astarasına doğru 2,5 kilometrlik dəmir yolunun çəkilməsi iş gündəmində durur və bu yolun sonunda İran İslam Respublikası tərəfindən terminal inşa olunmaqdadır.

Azərbaycan Dəmir Yolları QSC-nin sədri Astara-Astara dəmiryolunu Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhizlinin təkmilləşdiricisi adlandırıb: Şimal-Cənub dəhlizi Fars körfəzi vasitəsi ilə Bəndər Abbasda boşaldılan məhsulları Rusiyaya və Şərqi Avropaya doğru nəlq edir.

Astara-Astara dəmiryolu layihəsinin sona çatmasının Hindistan və Fars körfəzinin iqtisadi əlaqələrində müsbət təsiri olduğunu bəyan edən Qurbanov Gürcüstan, Rusiya, Azərbaycan və İran kimi bu dəhizdə yerləşən ölkələrin ondan faydalanacağını söyləyib: Qeyd olunan layihənin təkmilləşdirilməsi və istifadəyə verilməsi İran İslam Respublikası və Azərbaycan Respublikasına milyonlarla dollar gəlir və valyuta mənfəət verəcək. Avropa şirkətləri Astara-Astara beynəlxalq dəmir yolu layihəsindən maksimum şəkildə istifadə edirlər və ciddi şəkildə onun yekunlaşmasını istəyirlər.

Teqlər