Fev 27, 2017 11:17 Asia/Baku
  • İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi
    İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi

"Dağlıq Qarabağ münaqişəsi tərəflərini təmkinli olmağa və danışıqlara dəvət edirik"

Bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. 

Onun sözlərinə görə, İran İslam Respublikası iki şimal qonşusunu təmkinli olmağa dəvət və tərəflərə müzakirə və danışıqlar yolu ilə ixtilafların həlli və dincliyin qayıtmasına çalışmalarını tövsiyə edir. 

Qasimi ümid edib ki, bu münaqişəni həll etmək tapşırılan beynəlxalq qurum və təşkilatlar münaqişəyə son qoymaq üçün öz vəzifələrini yerinə yetirməlidirlər. 

İran XİN sözçüsü sonda İran İslam Respublikasının regionda təhlükəsizlik və dincliyin bərpa olunması üçün tərəflərlə əməkdaşlığa hazır olduğunu bildirib. 

Teqlər