İyun 23, 2017 16:55 Asia/Baku
  • Bakıda anti-sionist aksiya keçirilib
    Bakıda anti-sionist aksiya keçirilib

Azərbaycan Respublikası xalqından bir qrupu Bakıda bir anti-sionist aksiya keçirərək, məzlum Fələstin xalqına öz dəstəyini elan edib və müsəlmanların işğal olunmuş ərazilərinin azad edilməsini vurğulayıbdır.

Bakının şəhidlər xiyabanında keçirilən bu mərasimdə Azərbaycan Respublikası şəhidlərinin ruhlarına fatihə oxunduqdan sonra Azərbaycan Respublikas İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev Qüds gününü zalımların zülmü ilə mübarizə günü adlandırıb və belə deyib: Biz digər islam ölkələri kimi sionist rejimə qarşı etirazımızı elan edir və məzlum Fələstin xalqına dəstəyimizi vurğulayırıq.

Aksiyanın sonunda iştirakçılar bir bəyanat oxuyaraq, dünya məzlumlarına, xüsusən məzlum Fələstin xalqına öz dəstəklərini elan edib və Qüds gününün qeyd olunmasının davam etdirilməsini vurğulayıblar.