Avq 23, 2017 14:07 Asia/Baku
  • Suxoy-25 qırıcıları Naxçıvan MR səmasında təlim uçuşları keçiblər
    Suxoy-25 qırıcıları Naxçıvan MR səmasında təlim uçuşları keçiblər

Azərbaycan Respublikası ordusunun hava qoşunlarının Naxçıvan Muxtar Respublikasında yerləşmiş Suxoy-25 qırıcıları öz təlim-məşqlərini Naxçıvan səmasında həyata keçiriblər.

Bu Suxoy-25 qırıcıları lazımi texniki araşdırmalardan sonra Naxçıvan səmasına qalxaraq, öz uçuşlarını uğurla həyata keçiriblər.

Modernləşdirilmiş Suxoy-25 qırıcıları gecə və gündüz müxtəlif şəraitlərdə döyüş meydanında müxtəlif məntəqələri məhv etmək, eləcə də quru qoşunlarını qorumaq və himayə etmək qabiliyyətinə malikdirlər.

Bu tipdən olan qırıcı təyyarələr təchiz olunmuş müdafiə sisteminə malikdirlər. Onların pilot kabinlərindəki təhlükəsizlik sistemi və onların yanacaq anbarlarına xüsusi diqqət yetirilibdir.

Bu məlumata görə, bu qırcının içərisində 32 növ silah daşınma və istifadə qabiliyyətinə malikdir. Onlardan hava-yer və hava-hava raketləri formasında istifadə olunur.

 

Teqlər