Sen 23, 2017 12:00 Asia/Baku
  • Bakıda Müqəddəs Müdafiə Həftəsi
    Bakıda Müqəddəs Müdafiə Həftəsi

Müqəddəs Müdafiə Həftəsi və İran İslam Respublikasının qəhrəman xalqının səkkiz il müqəddəs müdafiədəki qəhrəmanlıqlarının qeyd olunması məraisimi dünən gecə Azərbaycan Respublikasındakı bir qrup səfirin və digər ölkələrin hərbi attaşelərinin iştirakı ilə keçirilib.

Azərbaycan Respublikası parlamentinin bir qrup üzvü, siyasi və ictimai xadimlər, İran İslam Respublikasının Bakıdakı səfiri, eləcə də İranın orqan rəsmilərindən bir qrupunun iştirakı ilə keçirilmiş bu əzəmətli mərasimdə İranın Azərbaycan Respublikasındakı hərbi attaşesi aviasiya polkovniki pasdar Əli Seyfi Müqəddəs Müdafiə Həftəsini İran xalqının fədakarlıq həftəsi kimi yad edərək, deyib: İran xalqının səkkiz il müqəddəs müdafiə dövründəki misilsiz müqaviməti İran xalqı üçün tükənməz bir milli qürurun əsasını qoydu ki, heç zaman xalqın yadından çıxmayacaqdır.

O, əlavə edib: Biz militarist olmamışıq və deyilik, lakin daim müdafiə fikrindəyik və bu yolda sayıq olaraq, bir an belə qəflətə qapılmırıq.

İranın Azərbaycan Respublikasındakı hərbi attaşesi İran İslam Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullahuluzma Xamenei(moddəzellehulali)-nin istiqamətləndirmələri ilə silahlı qüvvələrin, dövlət başçılarının və xalqın səyləri və ciddi-cəhdləri sayəsində ölkəmizin ötən qırx ildə müxtəlif sahələrdə, xüsusən hərbi və müdafiə sahələrindəki heyranedici irəliləyişlərinə işarə edərək, əlavə edib: Bu irəliləyişlər regionda sülh və asayişin himayədarı, milli təhlükəsizlik və sabitliyin zaminidir.

Aviasiya polkovniki pasdar Əli Seyfi İranın hərbi sənayesinin müdafiə mahiyyətinə də toxunub. O, İranın daim regional və regiondankənar hərbi təhdidlərə məruz qaldığını və buna görə, həmçinin öz torpaqlarını müdafiə edə bilmək üçün silahlar istehsal etdiyini bildirərək, əlavə edib: İran İslam Respublikası raket növləri istehsalı sahəsində yaxşı nailiyyətlər əldə edib və məhz bu hərbi qüdrət Amerikanın və sionist rejimin İran İslam Respublikasının əlindən əsəbiləşmələrinin əsas dəlilidir; biz bu yolda öz irəliləyişlərimizi davam etdirəcəyik və dost və qardaş ölkələrlə əməkdaşlığa hazırıq, zira təkfirçi-terrorçu qrupların təhlükəsi günbəgün beynəlxalq təhlükəsizliyi daha artıq xətərə salır.

Bu mərasimin kənarında İran İslam Respublikasının qəhrəman xalqının səkkiz il müqəddəs müdafiədəki qəhrəmanlıqlarını əks etdirən təsvirlərdən ibarət sərgi keçirilib. Sərgi tamaşçıların diqqətini çəkibdir.

Teqlər