Noy 02, 2017 19:30 Asia/Baku
  • Bakıda Xəzəryanı dövlətlərin
    Bakıda Xəzəryanı dövlətlərin "Xəzər 2017" Beynəlxalq kompleks təlimi başlayıb

Bakıda Xəzəryanı dövlətlərin xilasedici xidmətlərinin "Xəzər 2017" Beynəlxalq kompleks təlimi başlayıb.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, iki günlük təlimlərdə məqsəd xəzəryanı ölkələrin xilasedici xidmətlərinin Xəzərdə hadisə zamanı birgə əməkdaşlıqları, təbii fəlakətin ziyanlarının məhdudlaşdırılması və və önlənilməsi üçün beynəlxalq əlaqələrin genişləndirilməsi, sahilyanı ölkələrin imkanlar və canlı qüvvəsindən böyük miqyaslı hadisələr zamanı əməli və nəzəri mərhələlərdə istifadə edilməsindən ibarətdir. 

Azərbaycan Respublikası  fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev təlimlər barədə deyib ki, 2 gün davam edəcək təlimdə Azərbaycan FHN, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın aidiyyəti dövlət qurumlarının canlı qüvvəsi və texnikası iştirak edir: “Bundan başqa, Azərbaycanın digər müvafiq güc orqanlarının şəxsi heyəti, xüsusi texnika və avadanlığı da təlimə cəlb olunub”. 

Nazir müavininin sözlərinə görə, Xəzəryanı ölkələrdə neft-qaz hasilatı və emalı obyektləri fəaliyyət göstərir ki, həmin obyektlərdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi, su hövzələrində insanların təhlükəsizliyi baxımından təlim çox əhəmiyyətlidir. 

İran İslam Respublikasının fövqəladə halların idarə edilməsi təşkilatının sədri İsmayıl Nəccar da İRİB müxbirinə verdiyi müsahibədə deyib: Dənizin çirklənməsindən tutmuş, gəmilərdə , meşələrdə yanğın, sərhəd məntəqələrdə baş verməsi ehtimal edilən zəlzələ kimi müxtəlif hadisələr baş verə bilər və bu kimi hadisələrin ziyanlarının azaldılmasında qonşu ölkələrin birgə əməkdaşlığı önəmli rola malikdir. 

Nəccar bu təlimlərin  xəzəryanı ölkələrin əlaqələrinin möhkəmləndirilməsi baxımından da əhəmiyyət kəsb etdiyini bildirərək deyib: Humanitar məsələlərə daha çox diqqət yetirən İran İslam Respublikası bu sahədə beynəlxalq qrumlarla əməkdaşlıqda maraqlıdır və heç şüşbhəsiz ki, qonşular, xüsusiylə də xəzəryanı ölkələrdə fövqəladə hallar zəminində əməkdaşlığa daha böyük rəğbət göstərir. 

Nəccar deyib: Bu kimi təlimlər, təcrübə mübadiləsi, ölkələrin potensiallarından istifadə və Xəzərdə hadisə baş verərkən maliyyə ziyanları və insan tələfatının azaldılması baxımından böyük əhəmiyyətə malikdir. 

 Bakıda Xəzəryanı dövlətlərin xilasedici xidmətlərinin "Xəzər 2017" Beynəlxalq kompleks təliminin əməliyyat mərhələsi sabah Bakının yaxınlığında Qaradağ rayonu ərazisində keçiriləcək. 

Teqlər