Noy 20, 2017 10:04 Asia/Baku
  • İlham Əliyev Qarabağ münaqişəsinin tezliklə həll edilməsini vurğulayıb
    İlham Əliyev Qarabağ münaqişəsinin tezliklə həll edilməsini vurğulayıb

Azərbaycan Respublikası prezidenti rəsmi Bakının Qarabağ münaqişəsinin tezliklə həll edilməsini vurğuladığını bildirib.

İRNA-nın verdiyi məlumata görə, dünən Bakıda Azərbaycan prezidenti İlham Əliyev, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşündə Qarabağ münaqişəsinin həlli yollarını araşdırıblar və qarşılıqlı əlaqələrin genişləndirilməsinə təkid ediblər. 

İlham Əliyev Azərbaycanla Rusiyanın ticarət, iqtisadiyyat, nəqliyyat və enerji sahələrindəki əməkdaşlıqlarının qənaətbəxş olduğunu deyib. 

Görüşdə Sergey Lavrov da Qarabağ münaqişəsinin həllinə təkid edərək deyib: ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiya bu münaqişənin həlli istiqamətində irəliləyişin baş verməsi üçün hərhansı kömək etməyə hazırdır. 

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycan Respublikasına qarşı ərazi iddiası irəli sürməsindən sonra başlandı. 

Ermənistan silahlı qüvvələrinini Azərbaycan Respublikasına hərbi hücumu nəticəsində Azərbaycanın Qarabağ bölgəsi və başqa 7 rayonu erməni qüvvələr tərəfindən işğal edildi. 

1994-cü il may ayında ABŞ, Rusiya və Fransanın başçılıq etdiyi Minsk qrupunun vasitəçiliyi ilə tərəflər arasında atəşkəs rejimi bərqərar oldu, ancaq bugünədək bu qrupun vasitəçiliyi nəticəsində münaqişəi həlli istiqamətində heç bir nəticə əldə olunmayıb. 

Teqlər