Noy 22, 2017 11:27 Asia/Baku
  • Hacıyev Xəzər dənizinin çirkliliyinə reaksiya verib
    Hacıyev Xəzər dənizinin çirkliliyinə reaksiya verib

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Xəzər dənizinin çirkliliyini su canlıları və balıqların azalmasının səbəblərindən adlandırıb.

İRNA-nın məlumatına görə, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev çərşənbə axşamı günü Xəzər Dənizi Su Bioloji Resursları Komissiyasının 37-ci iclasında deyib: İnsanın təxribatçı müdaxilələri Xəzər dənizinin eko-sisteminə ağır zərbə vurub və bəzi su canlıları məhv olmaq təhlükəsi ilə üzləşib. 

Bu üçgünlük iclas İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistanın nümayəndələrinin iştirakı ilə Azərbaycan paytaxtı Bakıda keçirilməkdədir. 

Xəzəryanı ölkələrin iclasının keçirilməsində məqsəd bu dənizin təbii ehtiyatları, xüsusilə də kürü balıqlarının qorunması üçün proqramın tənzimlənməsidir.