Noy 24, 2017 11:09 Asia/Baku
  • NATO Azərbaycanı alqışladı
    NATO Azərbaycanı alqışladı

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikası prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin görüşündə olub.

Yens Stoltenberq Azərbaycanın NATO-nun Kosovo və Əfqanıstandakı missiyalardakı iştirakını yüksək qiymətləndirib.

Prezident İlham Əliyev NATO ilə əlaqələrin genişlənməsindən məmnunluğunu bildirib. Vurğulayıb ki, Azərbaycan Əfqanıstanda sülhməramlı əməliyyatlarda fəal iştirak edir.

Söhbət zamanı Əfqanıstana daşınan yüklər baxımından Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti vurğulanıb, amma NATO-nun Qarabağ məsələsində Azərbaycana hər hansı hərbi dəstək verə bilməsinə heç toxunulmayıb.

 

Teqlər