Noy 24, 2017 12:05 Asia/Baku
  • Əliyev: Azərbaycan NATO-nun müxtəlif missiyasında fəal iştirak etdir
    Əliyev: Azərbaycan NATO-nun müxtəlif missiyasında fəal iştirak etdir

Azərbaycan Respublikası prezidenti İlham Əliyev noyabrın 23-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.

APA-nın məlumatına görə, Şimali Atlantika Şurasının iclasında çıxış edən İlham Əliyevə Azərbaycan ilə NATO arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib.

Azərbaycanın NATO-nun müxtəlif missiya və əməliyyatlarında fəal iştirak etdiyini vurğulayan prezident İlham Əliyev NATO-nun, öz növbəsində, Azərbaycanda ərazilərin minalardan təmizlənməsi işində fəal iştirak etdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan Əfqanıstandakı sülhməramlı fəaliyyətini genişləndirir.

Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunub, əməkdaşlığın uğurla inkişaf etdiyini və onun müxtəlif sahələri əhatə etdiyini bildirib.

NATO Qarabağı işğaldan qurtarmaq uşün hərbi yoldan istifadəni Azərbaycana qadağan edib.

 

 

Teqlər