Dek 11, 2017 17:36 Asia/Baku
  • Əfqanıstanda çeçen və Azərbaycanlı terrorçular həbs olunublar
    Əfqanıstanda çeçen və Azərbaycanlı terrorçular həbs olunublar

Əfqanıstanın Logər vilayətinin başçıları bu vilayətdə çeçen və azəri terrorçuların həbs olunmalarından xəbər veriblər.

Əfqanıstanın Logər vilayətinin başçıları bu gün bildiriblər ki, Taliban qrupundan təlim almaq üçün bu vilayətə gəlmiş on bir çeçen və bir Azərbaycan Respublikası vətəndaşı Loqərin Ərzə şəhərində yaxalanıblar.

Logər meri Həlim Fədayi deyib ki, Əfqanıstan dövlətinə qarşı əməliyyat keçirmək niyyətində olan bu şəxslərin narkomaddələr qaçaqçılığında da əlləri olubdur.

Logər vilayət polisi də bildiribdir ki, taliblər bu həbs olunmuş şəxslərin azadlığı üçün hər bir yoldan istifadə ediblər, amma uğursuz qalıblar. 

Teqlər