Apr 08, 2018 17:33 Asia/Baku
  • Amerikalı sabiq diplomat İranın Qarabağ münaqişəsinin həllindəki rolunu etiraf edib

ABŞ-ın sabiq diplomatı İran İslam Respublikasının Dağlıq Qarabağ münaqişəsinin həllindəki rolunu etiraf edib

Fars Xəbər Agentliyinin məlumatına görə, ABŞ-ın Bosniya və Herseqovina və Azərbaycan Respublikasındakı sabiq səfiri Riçard Kauzlariç deyib: İran Qarabağ münaqişəsinin həllində ən yaxşı seçimdir.

Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ haqda qarşıdurmada olduğu bir halda, İran İslam Respublikası yaxşı qonşuluq siyasətlərinə əsasən, həmişə bu iki ölkənin ərazi və sərhəd ixtilaflarının tez bir zamanda həll olunmasına çalışır.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb və 1992-ci ildə hərbi qarşıdurma müstəvisinə keçib. Nəticədə Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistan silahlı birləşmələrinin nəzarətinə keçib.

1994-cü il may ayından münaqişə tərəfləri arasında atəşkəs rejimi bərpa olunub. Lakin Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk Qrupunun bu münaqişənin həlli üzrə vasitəçiliyi indiyədək bir nəticəyə varmayıb.

Teqlər