May 24, 2018 19:38 Asia/Baku
  • Azərbaycan Astarasında 515 kq heroin aşkarlanıb

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İran yolu ilə bu ölkəyə 515 kq heroinin qaçaq edilməsinin aşkarlandığını və qarşısının alındığını bildirib.

İRİB-in məlumatına görə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Astara Gömrük İdarəsinin Gömrük Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları İran ərazisindən Azərbaycana daxil olan yük maşınında həyata keçirilən yoxlamalar zamanı heroin narkotik maddəsi aşkarlayıb və müsadirə ediblər.

Məmurlar yük maşınına baxış keçirərkən X ray aparatı vasitəsi ilə yük maşınında şübhəli xətlər aşkarlayıblar və təlim keçmiş itin köməyi ilə narkotik maddəni aşkarlayıblar.

Təlim keçmiş it axtarış zamanı yük maşının 4 alt yükünü göstərib və bu yüklər açılarkən ümumilikdə 515 kq heroin aşkarlanıb.

Məlumatda yük maşınının sürücüsünün adı qeyd olunmayıb.