İyun 01, 2018 08:13 Asia/Baku
  • Tehranın Elm və Mədəniyyət universiteti ilə Bakının Xəzər universiteti arasında memorandum imzalanıb
    Tehranın Elm və Mədəniyyət universiteti ilə Bakının Xəzər universiteti arasında memorandum imzalanıb

Tehranın Elm və Mədəniyyət universiteti Bakının Xəzər beynəlxalq universiteti ilə memorandum imzalayıb. Memorandum elm və təhsil üzrə əməkdaşlıqları əhatə edir.

Tehranın Elm və Mədəniyyət universitetinin rektoru Səid Haşemi ilə Xəzər beynəlxalq universitetinin rektoru  Həsən Niknəfəs arasında Bakıda imzalanmış bu anlaşma sənədinə əsasən, iki universitet müştərək ensiklopediyanın çıxarılması, həmçinin müxtəlif ixtisaslar və elmi dərəcələrdə birgə təhsil kurslarınin təşkili, tədqiqat fəaliyyətlərinin izlənilməsi üçün müəllim mübadiləsi, müştərək araşdırma və tədqiqat proqramlarının yayılması istiqamətində bir-biri ilə həmkarlıq edəcək.

Həmçinin bu memorandumda elmi nəzarət və tədqiqat işlərinin həyata keçirilməsi məqsədilə iki tərəfin kitabxanaları, araşdırma infrastrukturları və laboratoriyalarına əlçatma imkanının asanlaşdırılması və birgə proqramların həyata keçirilməsi istiqamətində informasiya texnologiyaları və innovatik metodların işlədilməsinin genişləndirilməsi vurğulanıbdır.

Teqlər