Avq 11, 2018 14:30 Asia/Baku
  • Xəzərdə Azərbaycan R-nın sərhəd qoşunlarının taktiki təlim-məşqləri başlanıb

Azərbaycan Respublikasının sərhəd qoşunlarının sahil qvardiyası və sürətli reaksiya bölmələrinin birgə taktiki təlim-məşqləri dünəndən etibarən bu ölkənin Xəzər dənizində yerləşən sahil sularında başlanıb.

Azərbaycan Respublikasının sərhəd qoşunlarının mətbuat xidmətinin məlumatına görə, bu təlim-məşqlər "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyinin strateji proqramı" formasında, həmçinin sərhədlərin ən yaxşı şəkildə qorunması, sahil sularında ehtimal olunan təhdidlərlə təsirli mübarizə, eləcə də bu ölkənin sərhəd qoşunlarının döyüş bacarığının yüksəldilməsi məqsədilə keçirilir.

Bu taktiki təlim-məşqlərdə Xəzər dənizində neft və qaz resurslarının çıxarılması və ötürülməsi, həmçinin sualtı borular üzrə infrastrukturların qorunması, dəniz və sahildə təxbirtaçı qrupların axtarılaraq, zərərsizləşdirilməsi və sualtı nəzarət sistemləri vasitəsilə nəzərdə tutulan hədəflərin aşkarlanması kimi proqramlar icra olunacaq.

Sualtı təxbirtaçı qrupların aşkar edilərək, zərərsizləşdirilməsi, gəmilər və vertolyotlar vasitəsilə sahil sularına nəzarət, raket və artilleriya atışları, qanunsuz fəaliyyətlərin və narkotik maddələr qaçaqmalçılığının, eləcə də Xəzər dənizi vasitəsilə qanunsuz mühacirət səylərinin qarşısnın alınması bu taktiki təlim-məşqlərə daxildir.

Bu məlumatda Azərbaycan Respublikasının sərhəd qoşunlarının sahil qvardiyası və sürətli reaksiya bölmələrinin birgə taktiki təlim-məşqlərinin müddətinə işarə olunmayıbdır.