Okt 20, 2018 16:38 Asia/Baku
  • İran yük gəmisinin zəhərlənmiş işçilərindən beş nəfəri Bakı xəstəxanasından buraxılıb
    İran yük gəmisinin zəhərlənmiş işçilərindən beş nəfəri Bakı xəstəxanasından buraxılıb

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri İran yük gəmisinin zəhərlənmiş işçilərindən beş nəfərinin Bakıdakı bir saylı xəstəxanadan buraxılmasından xəbər verib.

Cavad Cahangirzadə IRIB ilə müsahibədə əlavə edib: Xəzər dənizində İranın "Nazmehr" adlı yük gəmisinin zəhərlənmiş səkkiz işçisindən beşi dünən axşam buraxılaraq, gəmiyə qayıdıb. Digər üç nəfər də müalicə aparan həkimin nəzəri ilə sabahadək xəstəxanadan buraxılacaq.

O, sonra deyib: Bu gəminin həlak olmuş üç işçisinin cənazəsi də İran rəsmilərinə təhvil verilməkdədir və onların ölkəyə köçürülmələrinə hazırlıq işləri görülübdür.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri daha sonra deyib: İran İslam Respublikasının Gəmiçilik Təşkilatının Xəzər dənizindəki icraçı müdiri də bir nümayəndə heyəti ilə bu zəhərlənməni araşdırır və bu araşdırmaların nəticələri sonradan elan olunacaqdır.

On bir iranlı ekipaj üzvü və ukraynalı kapitanla Qazaxıstanın Aktau limanından 1500 ton taxıl yüklədikdən sonra Bakının Hövsan limanına doğru hərəkət edən İranın "Nazmehr" adlı yük gəmisi ötən cümə axşamı günü gecə öz işçilərinin zəhərləndiklərini bildirdi. Koordinasiya ilə Azərbaycan Respublikasının sərhəd qüvvələri zəhərlənmiş şəxslərin yardımına gəldilər ki, təəssüflə, onların üçü xəstəxanaya köçürülərkən vəfat etdi və digər səkkiz nəfər xəstəxanaya köçürüldü və müalicə olunmağa başladı.