Noy 23, 2018 19:49 Asia/Baku
  • Bakıda BMT komissiyasının iclasında narkotik qaçaqmalçılığı ilə mübarizə üçün beynəlxalq həmkarlığa təkid olunub

BMT-nin cinayət və narkotik ilə mübarizə ofisinin nümayəndəsi deyib ki, narkotiklərlə mübarizə beynəlxalq və regional əməkdaşlıqlara ehtiyaclıdır.

Tofiq Mürşüdlü bu gün Bakıda Mərkəzi Asiya və Yaxın Şərqdə narkotik maddələr qaçaqmalçılığı ilə mübarizə mövzulu BMT-nin köməkçi komissiyasının 53-cü iclasının sonunda IRNA ilə müsahibədə vurğulayıb: Narkotik maddələr qaçaqmalçılığı bir ölkə ilə məhdudlaşmır, həm də bütün region və dünya ölkələri bu problemlə üzləşirlər.

BMT-nin cinayət və narkotik ilə mübarizə ofisinin nümayəndəsi Bakı iclası mehvərlərinin araşdırılmasında iranlı heyətin fəal roluna toxunaraq, əlavə edib: İran İslam Respublikasının bu iclasdakı təklifi beynəlxalq orqanların narkotik qaçaqmalçılığı ilə mübarizə məsələlərində Əfqanıstana və onunla qonşu olan ölkələrə yardımın artırılması idi ki, bu da iştirakçı ölkələrin rəğbəti ilə qarşılandı.

Mürşüdlü deyib: İştirakçı ölkələr BMT-nin köməkçi komissiyasının 53-cü iclasının sonunda qaçaqmalçıların narkotiklərin satışından əldə etdikləri gəlir və maliyyə mənbələrinin aşkar edilməsi üçün bir proqramın hazırlanması zərurətini vurğulayıblar. Onlar narkotik qaçaqmalçılığı ilə mübarizə üçün müştərək səy və həmkarlıq barədə razılığa gəliblər.

BMT-nin köməkçi komissiyasının 53-cü iclası narkotik maddələr qaçaqmalçılığı ilə mübarizə hədəfi və İran İslam Respublikası daxil olmaqla Mərkəzi Asiya və Yaxın Şərqin 27 ölkəsinin, həmçinin BMT nümayəndələrinin iştirakı ilə noyabrın 19-da Bakıda işə başlayıb və sabah işini başa vuracaqdır.

Teqlər