Dek 26, 2018 11:21 Asia/Baku
  • Astara - Astara dəmir yolu üçün köməkçi magistral yolu çəkiləcək
    Astara - Astara dəmir yolu üçün köməkçi magistral yolu çəkiləcək

İranın yol və şəhərsalma naziri Astara - Astara dəmir yolu üçün köməkçi magistral yolunun çəkilməsinə dair Tehran və Bakı arasında razılığın əldə olunmasından xəbər verib.

İRİB-nin verdiyi məlumata görə, İranın yol və şəhərsalma naziri Məhəmməd İslami çərşənbə axşamı Rəşt şəhərində keçirilən İran - Azərbaycan yol və nəqliyyat əməkdaşlıqları iclasında deyib: Bakının magistral yol ilə İran Astarasına birləşdirilməsinə dair İran və Azərbaycan arasında razılıq əldə olunub.

Məhəmməd İslami son bir ildə İran və Azərbaycan arasında ticarət əlaqələrinin 10 dəfə artdığını deyərək, əlavə edib: Astara - Astara beynəlxalq dəmir yolu marşrutunun təkmilləşdirilməsi ilə Şimal-Cənub nəqliyyat marşrutu ilə yüklərin daşınması imkanı daha da artmış olacaq.

İranın yol və şəhərsalma naziri həmçinin, İran və Azərbaycan arasında birgə əməkdaşlıq komissiyasının gələn ilin martında iclas təşkil edəcəyinə işarə edərək, deyib: İki ölkənin siyasi əlaqələri çox yaxşı səviyyədədir və ötən beş ildə İran və Azərbaycan prezidentləri 12 dəfə görüşüblər.

Teqlər