Mart 06, 2019 14:22 Asia/Baku
  • Naxçıvan Muxtar Respublikası ilə əlaqələr genişlənir
    Naxçıvan Muxtar Respublikası ilə əlaqələr genişlənir

İran-Azərbaycan Respublikası əlaqələrinin genişlənməsi Araz azad zonasının iqtisadi-mədəni heyətinin Naxçıvan Muxtar Respublikasına səfərinin əsasını təşkil edib.

Bu səfər İranın Naxçıvandakı baş konsulu ilə görüşlə başlandı və Azərbaycan Respublikasının mərhum prezidentinin abidəsinə hörmət ifadə edilərək və onun muzeyində olmaqla davam etdi ki, bu muxtar respublikanın ali məclisinin sədri ilə müştərək iclasa çatmış olsun.

Vasif Talıbov bu iclasda Araz və Maku azad məntəqələrinin mövcudluğunu iki ölkə arasında əlaqələrin yaradılması üçün misilsiz bir imkan adlandırdı və dedi ki, bu səfər əlaqələrin iqtisadi, mədəni, elmi və energetika sahələrində genişləndirilməsi üçün son dərəcə təsirli olacaq.

Araz azad zonasının icraçı direktoru:

Bu görüşlər səbəb olacaq ki, bizim tanışlığımız daha dəqiq olmuş olsun, bir-birimizin ehtiyaclarını tanımış və dəqiq tarixi və mədəni əlaqələrə malik olduğumuza görə, bir uduş-uduş cərəyanında və müştərək maraqlardan istifadə ilə ardıcıl fəaliyyətə malik olmuş olaq.

Bu görüşdən sonra Naxçıvanın biznes mərkəzi iranlı heyəti qarşıladı ki, bu zonanın məhsulları ilə tanış olmaqla iki tərəfin iqtisadi fəalları Araz azad zonasının icraçı direktorunun və Naxçıvanın iqtisadiyyat nazirinin hüzurunda fikir mübadiləsi aparmış olsunlar.

İranın baş konsulu doktor Ayremin müsahibəsi:

Xoşbəxtlikdən, turizm, gömrük, iqtisadiyyat və ticarət sahələrində yaxşı anlaşmalar əldə olundu və inşaallah, Araz və Maku azad məntəqələri və Naxçıvan arasında müştərək işçi qrupunun yaradılması və razılaşmaların izlənilməsi ilə nəticələnəcək.

Daşkəsmə, mebelqayırma, siqaret və boru istehsalı kimi sənaye və istehsal komplekslərindən baxış, bu səfərin digər proqramlarından olubdur.

İranın baş konsulu doktor Ayremin müsahibəsi:

Xoşbəxtlikdən, ötən bir-iki il ərzində Naxçıvan Muxtar Respublikası ilə İranın iqtisadi fəalları arasında səkkiz müştərək layihənin formalaşmasının şahidi olmuşuq.

Sonda İran-Naxçıvan əlaqələri tarixi otağı da istifadəyə verildi.