Apr 18, 2019 17:55 Asia/Baku
  • İran və Azərbaycan R. gənclərinin dostluq həftəsi başlanıb

İran İslam Respublikası gənclərindən ibarət heyətin bu gün Azərbaycan Respublikasına səfəri ilə iki ölkə gənclərinin dostluq həftəsi başlanıb.

İranın müxtəlif vilayətlərindən olan beş müvəffəq gəncdən ibarət gənclər heyəti dostluq həftəsi formasında azəri gənclərlə görüşərək, onlarla bir-birilərinin təcrübələrindən istifadə və anlaşmaların dərinləşdirilməsi yollarını araşdıracaq.

İranın Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə İranın gənclər heyəti ilə görüşdə bu kimi səfərləri və iki ölkə gəncləri arasında dostluq həftəsinin keçirilməsini xalq əlaqələrinin gücləndirilməsi cəhətdən təsirli adlandırıb.

Səfir iki ölkə xalqlarının qədim və çoxlu ortaqlıqlarına toxunaraq, ümidvarlıq edibdir ki, gənclər iki dost və qardaş ölkə xalqları arasında həmkarlığın genişləndirilməsində öncül olacaqlar.

Cahangirzadə deyib: Əldə olunmuş razılaşmaya əsasən, Azərbaycan Respublikasının gənclər heyəti də texnoloji irəliləyişlər, həmçinin mədəni və sivilizasiya imkanları ilə daha artıq tanış olmaq məqsədilə İrana səfər etməlidir.

İranın gənclər heyəti dostluq həftəsi formasında Azərbaycan Respublikasının elmi və mədəni mərkəzlərində olacaq, həmçinin bu ölkənin Naxçıvan və Quba şəhərlərinə gedəcəkdir.

Teqlər