Noy 28, 2019 10:41 Asia/Baku
  • Viza rejiminin ləğvi ilə bağlı açıqlama
    Viza rejiminin ləğvi ilə bağlı açıqlama

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvandakı İdarəsi Muxtar Respublikaya səfər edən İran vətəndaşları üçün viza rejiminin ləğvi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, Dekabr ayının 1-dən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər. Azərbaycanın digər rayonlarına səfər üçün isə viza rejimi qüvvədədir. “İran vətəndaşlarısəfər etdikləri zaman onlara Culfa, Şahtaxtı və Sədərək sərhəd-nəzarət məntəqələrində muxtar respublikaya giriş üçün 5 avro məbləğində dövlət rüsumu alınmaqla 15 gün qalma müddətli birdəfəlik giriş icazəsi rəsmiləşdirilməkdədir.

Teqlər