Fev 01, 2020 15:13 Asia/Baku
  • Bir politoloq Qarabağ barədə İrəvan-Bakı müzakirələrinin nəticəsiz olduğunu vurğulayıb
    Bir politoloq Qarabağ barədə İrəvan-Bakı müzakirələrinin nəticəsiz olduğunu vurğulayıb

İrəvanda yaşayan siyasi bir analitik Ermənistan ilə Azərbaycan Respublikasının Qarabağ münaqişəsinin həlli üzrə müzakirələrini nəticəsiz dəyərləndirib.

Aleksandr Markarov ermənidilli “Aravot” qəzetilə müsahibədə deyib ki, hal-hazırda Qarabağ münaqişəsinin həlli üçün həm İrəvanın, həm də Bakının qəbul edəcəyi, həmçinin razılaşma və davamlı sülhün bərqərarı üçün əsas ola biləcək bir seçim yoxdur. Çünki hər iki tərəf hələ də öz mövqeyinə israr edir və razılaşma üçün azacıq da olsa belə, güzəştə getməyə hazır deyildir.

Aleksandr Markarov vurğulayıb: Ermənistan və Azərbaycan Respublikası “Qarabağın istiqlaliyyəti” barədə tamamilə təzadlı mövqelərə malikdirlər. Belə ki, Ermənistan Qarabağın qəbul edəcəyi həll yoluna təkid edir. Halbuki Bakı Qarabağ başçıları üçün belə bir fikirbildirmə istiqlaliyyətini əsla qəbul etmir.

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ bölgəsi başçılarının Azərbaycan Respublikası ilə Qarabağ münaqişəsinin həlli üzrə müzakirələrdə iştirakına təkid edir, halbuki Bakı bu bölgə başçılarının müzakirələrdə iştirakını həmin bölgənin istiqlaliyyətinin qəbul olunması hesab edir və bu şərti qəbul etməyə hazır deyil.

Ermənistan ilə Azərbaycan Respublikasının Qarabağ üstündəki münaqişəsi 1988-ci ildə başlanaraq, 1991-ci ildə hərbi qarşıdurmaya çevrildi; nəticədə Qarabağ bölgəsi və onun ətrafındakı yeddi bölgə Ermənistan qüvvələrinin nəzarətinə keçdi.

 

 

Teqlər