Yan 25, 2018 13:48 Asia/Baku
  • Merkel: Avropanın özbaşına Amerikaya arxalanmasına son qoyulmalıdır
    Merkel: Avropanın özbaşına Amerikaya arxalanmasına son qoyulmalıdır

Almaniya Kansleri deyib: Avropanın artıq öz daxili işlərinə təmərküzləşmiş Amerikaya arxalanmaq baxışı dəyişdirilməlidir.

Röytersin verdiyi məlumata görə, Almaniya kansleri Angela Merkel İsveçrənin Davus şəhərində keçirilən ümumdünya iqtisadi forumunda etdiyi çıxışında ABŞ prezidentinə birmənalı kinayə vuraraq dünyada çox cəhətli əməkdaşlıqlara təkid edib və deyib: Özünü təcridin heç də yaxşı perspektivi yoxdur. 

Merkel deyib: Qapıları dünyanın üzünə bağlamaq və özünü təcrid etmək aydın gələcəyə aparmaz və daxili istehsala dəstək problemlərin həlli üçün əlverişli yol deyil. 

Almaniya kansleri deyib: Avropa xarici siyasət məsələsində aktiv qitə olmayıb əksinə bu sahədə daha çox Amerikaya sövkənib və bu durum indi dəyişməlidir. 

Merkel iqlim dəyişikliyinə görə bəşəriyyət qarşısında duran böyük problemlər barədə deyib: Təəssüflər olsun ki bu gün hamı bu barədə müqaviləni Amerikanın iştirakı olmadan icra edir və eyni zamanda iqlim dəyişikliyi kimi böyük təhlükə, yerində qalmaqdadır. 

Teqlər

Şərhlər