Fev 27, 2018 09:46 Asia/Baku
  • Mogerini Suriya haqda İran, Türkiyə və Rusiyaya məktub ünvanlandığını bildirdi
    Mogerini Suriya haqda İran, Türkiyə və Rusiyaya məktub ünvanlandığını bildirdi

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə məsul şəxsi Suriya haqda BMT Təhlükəsizlik Şurasının 2401 saylı qətnaməsinin tam şəkildə icra olunmasının zəruriliyini qeyd edərək İran, Türkiyə və Rusiyaya Suriyada 30 günlük atəşkəs haqda məktub ünvanladığını bildirib.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru təhlükəsiz zonaların Astana müzakirələrinin nəticəsi olduğunu bildirərək Suriyada atəşkəsin dərhal icra olunmasını istəyib. 

Suriyada sülhün bərpa olunması məqsədilə Astana müzakirələri 2017-ci il yanvardan İranın təşəbbüsü və Rusiya və Türkiyənin əməkdaşlığı ilə başlanıb. 

BMT Təhlükəsizlik Şurası şənbə günü Suriyada 30 günlük atəşkəsin icra olunması və humanitar yardımların mühasirədə olan bölgələrə çatdırılmasına şəraitin yaradılması üzrə qətnaməni təsdiqləyib. Rusiyanın təzyiqi ilə əl-Qaidə, Ən-Nüsrə Cəbhəsi, İŞİD və BMT-nin terror qruplaşması adlandırdığı digər terror qrupları bu atəşkəsin dəstək proyekturasından çıxarılıb. 

2401 saylı qətnamə Təhlükəsizlik Şurasının bütün daimi və qeyri-daimi üzvünün lehinə səsi ilə təsdiqlənib. 

Teqlər

Şərhlər