May 01, 2018 15:48 Asia/Baku
  • Paşinyan parlamentdə çıxış edib
    Paşinyan parlamentdə çıxış edib

Nikol Pashinian parlamentdəki çıxışında deyib ki, xalqın məqsədi bir şəxsin digərilə əvəzlənməsi deyil, Ermənistanda oturuşmuş korrupsioner, antixalq, qəddar sistemin kökünün kəsilməsidir.

Paşinyan parlamentdə çıxış edib: “Azərbaycan bu haqqı tanısa, kompromislərdən danışmaq olar”

Ermənistandakı etiraz hərəkatının lideri, baş nazir postuna namizəd Nikol Paşinyan parlamentdə bu günkü çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə mövqeyini izah edib. Paşinyan bildirib ki, “Dağlıq Qarabağ xalqının” öz müqəddəratını təyin etmə haqqının həyata keçirilməsi zəruridir. Habelə münaqişə dinc yolla nizamlanmalıdır.

“Bizim üçün Dağlıq Qarabağ xalqının öz taleyini müstəqil həll etmək haqqı vacibdir, bu haqqın reallaşması vacibdir”-Nikol Paşinyan deyib.

Baş nazir postuna namizəd bildirib ki, münaqişənin həllinin kökündə xalqların bərabərhüquqlara malik olması və öz müqəddəratını təyin etməsi dayanmalıdır. “Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasına yeni impuls verilməlidir”-o əlavə edib.

“Əgər Azərbaycan bəyan edəcəksə ki, Dağlıq Qarabağ xalqının (Paşinyan qondarma “artsax” kəlməsi işlədir) öz müqəddəratını təyin etmə haqqını tanımağa hazırdır, o zaman münaqişənin kompromis həlli barədə danışmaq olar. Bu reallıqdır. Azərbaycanın bu haqqı tanımaqdan imtina etməsi kompromislər haqda danışmağa yer qoymur”-Paşinyan bildirib.

Paşinyan əlavə edib ki, Dağlıq Qarabağa dair indiyədək aparılan danışıqlar formal xarakter daşıyıb və ancaq danışıqlar xatirinə aparılıb. Onun fikrincə Azərbaycan “hər fürsətdə Ermənistanı və Dağlıq Qarabağı hədələdiyi üçün” danışıqlar prosesi formaldır.

Bu dəqiqələrdə Ermənistan parlamentinin xüsusi iclasında ölkənin baş nazirinin seçilməsi məsələsi müzakirə olunur.

Bu vəzifəyə yeganə namizəd Nikol Paşinyandır. Lakin Paşinyanın rəhbərlik etdiyi fraksiyanın və onu dəstəkləyən digər fraksiyaların parlamentdə cəmi 47 səsi var. Baş nazirin seçilməsi üçünsə 53 səs tələb olunur.

İqtidarda olan Respublikaçılar Partiyası parlamentdə 58 mandata sahibdir.

Əgər bu gün parlament baş naziri seçə bilməsə, bir həftədən sonra yenidən seçkilər keçiriləcək. Bu dəfə də baş nazir təyin oluna bilməsə, Ermənistan qanunvericiliyinə görə, 30-45 gün ərzində ölkə prezidenti parlamenti buraxmalı və növbədənkənar parlament seçkiləri təyin edilməlidir.

Nikol Pashinian parlamentdəki çıxışında deyib ki, xalqın məqsədi bir şəxsin digərilə əvəzlənməsi deyil, Ermənistanda oturuşmuş korrupsioner, antixalq, qəddar sistemin kökünün kəsilməsidir.

“Elə görünürdü ki, Respublikaçı Partiyası durumu ayıq-sayıq dəyərləndirir və xalqın, dövlətin maraqlarına uyğun rəhbərlik edəcək. Ancaq Serzh Sarkisian-ın rəhbərliyi ilə partiyanın başında duranlar öz xalqlarıyla siçan-pişik oyununu davam etdirirlər. Onlar indiyədək hələ xalqın namizədinə səs verəcəklərini açıqlamayıblar. Amma onu da anlayırlar ki, bu, mövcud böhranın həllindən ötrü yeganə yoldur”, – o deyib.

Baş nazirliyə namizəd onu da iddia edib ki, dünən (aprelin 30-da) axşam Sarkisian-la keçmiş prezident Robert Kocharianparlamentdəki bütün fraksiyaların üzvlərinə təzyiq göstərməyə başlayıblar, “onları hər yolla təhdid edərək xalqın namizədinə səs verməmələrini tələb edirlər”.

“Təsəvvür edin, məşhur tandem ümumxalq iradəsini tapdalayaraq hakimiyyətə qayıdış planı hazırlayıb. Bunun əsas aləti isə öncəki kimi təhdidlər, fiziki və psixoloji təzyiq, kompromatlardır. Bu yüksək tribunadan demək istəyirəm ki, cənablar, siz Ermənistanda yaranmış durumu anlamırsıznız və belə də davam edirsiniz. Sizi birbaşa xəbərdar edirəm, ümumxalq hərəkatının tolerantlığını zəiflik kimi anlamağınız proqnozlaşdırılmayan, arzulonmaz nəticələrə gətirə bilər. Nə qədər gec deyil, ayılın, çünki bu davranışınız sözün hərfi mənasında siyasi sunamiyə səbəb ola bilər”, - müxalifət lideri deyib.

Teqlər

Şərhlər