May 14, 2018 11:56 Asia/Baku
  • Hindistanda qum tufanı; onlarla nəfər həlak oldu
    Hindistanda qum tufanı; onlarla nəfər həlak oldu

Hindistanın şimalında baş verən qum tufanında 41 nəfərin həyatını itirdiyi bildirilir.

İRNA-nın məlumatına görə, Hindistanın şimal vilayətlərində çıxan güclü qum tufanı nəticəsində onlarla nəfər də xəsarət alıb. Xüsusilə Uttar Pradesh vilayətində ciddi dağıntılara səbəb olan qum tufanı geniş zərər və ziyanlara yol açıb. 

Bu məlumata görə, qum tufanı elektrik şəbəkəsində nasazlığa səbəb olub və Uttar Pradeş vilayətində əhalinin elektrik enerjisi ilə təmin edilməsində problemlər yaranıb. 

Paytaxt Yeni Dehlidə də tufan ciddi dağıntılara səbəb olub. 

Hazırda bir çox dövlət idarəsi və təhsil mərkəzləri qum tufanına görə fəaliyyətini dayandırıb. Təyyarələrin uçuşları ləğv edilib. 

Hindistanda güclü qum tufanı ötən bir neçə həftədə onlarla insanın ölməsinə, yüzlələ nəfərin də  yaralanmasına səbəb olub. 

Teqlər

Şərhlər