Sen 03, 2018 14:00 Asia/Baku
  • Myanmada 2 jurnalist 7 il azadlıqdan məhrum edildi
    Myanmada 2 jurnalist 7 il azadlıqdan məhrum edildi

Ruhinqa müsəlmanlarına qarşı soyqırımını işıqlandırmağa çalışdığı üçün Myanma dövləti tərəfindən həbs olunan bir xarici media vasitəsinin 2 jurnalisti dövlət sirlərini ifşa etmək ittihamı ilə 7 il azadlqdan məhrum olunub.

İRNA-nın bu günə olan məlumatına görə, Va Lone və Kyav Soe adlı iki jurnalist 2017-ci ilin dekabrında dövlət sirlərinin qorunmasına dair qanunu pozmaq ittihamı ilə Myanmann Raxin vilayətində həbs olunduqdan sonra, ötən 9 ay ərzində mühakimə edilmədən həbsdə saxlanılıb.

Bu jurnalistlər Ruhinqa müsəlmanlarından olan 10 nəfərlik bir qrpun 2017-ci ilin sentyabrında Myanma orduusu və təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilməsi hadisəsini işıqlandırmışdılar. Bu qırğında öldürülən Ruhinqalı müsəlmanların dəfn olunduğu kütləvi məzar da aşkar olunub.

Ötən 20 ildə Myanmada yerli media vasitələrinin güclü senzuraya məruz qalması boğucu atmosfer yaradıb. Myanma hökuməti son bir ildə Ruhinqa müsəlmanlarına qarşı törədilən kütləvi zorakılıqları işıqlandıran bütün jurnalistlər və reportyorları hədəfə alıb.

 

Teqlər

Şərhlər