Nov 13, 2018 09:10 Asia/Baku
  • NATO-nun baş katibi: Amerika və Avropa nüvə anlaşması barədə ixtilafa malikdirlər
    NATO-nun baş katibi: Amerika və Avropa nüvə anlaşması barədə ixtilafa malikdirlər

NATO-nun baş katibi bildirib ki, Amerika və Avropa nüvə anlaşması və ticarət daxil olmaqla müxtəlif məsələlər barədə ixtilafa malikdirlər.

Yens Stoltenberq Berlində bildirib ki, hazırda Atlantik okeanının iki tərəfinin iştirak qüdrəti barədə tərəddüdlər mövcuddur. O, deyib: Sadiq olmaq və etiraf etmək lazımdır ki, Avropa müxtəlif məsələlər, o cümlədən nüvə anlaşması və ticarət barədə Amerika ilə ixtilafa malikdir.

ABŞ prezidenti Donald Tramp 2018-ci il mayın 8-də Vaşinqtonun nüvə anlaşması ilə bağlı öhdəliklərini birtərəfli şəkildə pozaraq, ölkəsinin bu anlaşmadan çıxdığını və İrana qarşı sanksiyaların geri qayıtdığını bildirdi.

Teqlər

Şərhlər