Dec 10, 2018 11:16 Asia/Baku
  • İtaliyada qadınlara qarşı zorakılıq halları artıb
    İtaliyada qadınlara qarşı zorakılıq halları artıb

Rəsmi statistikalara əsasən İtaliyada hər il qadınların 80%-i cinsi və fiziki zorakılıq hallarına məruz qalır.

İRİB-nin verdiyi məlumata görə, rəsmi statistikalara əsasən cari ildə İtaliyada 106 qadın və ya hər gün gündə bir qadın ailə mühitində həyat yoldaşı tərəfindən qətlə  yetirilib.

İtaliyada qadın hüquqlarını müdafiə cəmiyyətləri də qadınlara qarşı zorakılıq hallarının artmasından  nigaranlıq edərək, qadınlara qarşı zorakılıq halları ilə mübarizə aparmaq üçün daha kəskin qanunların qəbul edilməsini istəyiblər.

İctimai fəallar və qadın hüquqları müdafiəçiləri xəbərdarlıq edirlər ki, qadınlara qarşı zorakılıq ailə mühiti ilə yanaşı, siyasi və ictimai dairələrdə də müşahidə ol unur.

Beynəlxalq Amnistiya Təşkilatı da bundan öncə bir hesabat yayaraq, İtaliyada qadınlara qarşı zorakılıq hallarının artmasından nigaranlıq etmişdi.

Sivil qurumların bildirdiklərinə görə, İtaliyada qadınlar və kişilərin bərabər əmək şəraitinə malik olmamaları da ciddi problemlərdən biridir.

Teqlər

Şərhlər