Dec 17, 2018 11:16 Asia/Baku
  • "Sarı gödəkçəlilər"in etiraz aksiyası; bu dəfə Almaniyada

Almaniyanın "sarı gödəkçəlilər"i Fransadakı "sarı gödəkçəlilər" ilə həmrəylik xarakteri daşıyan bir hərəkətdə Münhendə aksiya keçiriblər.

Di Volt qəzetinin yazdığına görə, onlarla nəfər o cümlədən "sarı gödəkçəlilər" bazar günü Münhendə aksiya keçirərək, Almaniyanın solçu partiyasının dəvəti əsasında, Fransadakı "sarı gödəkçəlilər"i dəstəkləyiblər. 

Bu etiraz aksiyası Almaniya kansleri Angela Merkelin solçu partiyasından Fransadakı "sarı gödəkçəlilər"in etiraz aksiyasını dəstəkləməməsini istəməsindən iki gün sonra keçirilib. 

Aksiya iştirakçıları iş şəraitinin ağır olmasına və məhdudiyyətlərə etiraz ediblər. Bu etiraz aksiyasında çıxış edənlərdən biri qarşıdan gələn həftələrdə Hamburq, Leypsiq, Ştutqard və Düseldorf şəhərlərində də oxşar aksiyaların keçiriləcəyinin anonsunu verib. 

Almaniya parlamentində solçu fraksiyasının rəhbəri Sara Vaqenkneşt də bu barədə deyib: "Ayağa qalxın" hərəkatının təsis edilməsindən ötən 100 gün ərzində təqribən 167 min nəfər bu hərəkatı dəstəkləməyə başlayıb. 

"Sarı gödəkçəlilər"in etiraz aksiyası 17 noyabrda Fransada başlanıb. Bu hərəkat Fransa prezidenti Emanuel Makronun yanacaq üçün əlavə vergi təyin etmək istəməsinə etiraz olaraq başlandı. Amma, sürətlə bütün ölkəni bürüyərək, Hollandiya və Belçika kimi digər Avropa ölkələrinə də sirayət etdi. 

Fransa prezidentinin öz mövqeyindən geri çəkilməsinə və bir sıra vədlər verməsinə baxmayaraq, narazı kütlə hələ də etiraz aksiyalarını davam etdirir. 

Teqlər

Şərhlər