Feb 12, 2019 10:22 Asia/Baku
  • müəllimlər tətil aksiyasına başladılar
    müəllimlər tətil aksiyasına başladılar

ABŞ-ın Kolorado Ştatının mərkəzi olan Denver şəhərində müəllimlər əmək haqlarının artırılmasına dair müzakirələrin nəticəsiz başa çatmasının ardınca yenidən tətil aksiyasına başlayıblar.

Asoşeyted Press-in bildirdiyinə görə, Denver şəhərinin təhsil məsələləri üzrə məsul şəxsləri müəllimlərin tətil aksiyasına başlaması xəbərini təsdiq edərək, buna baxmayaraq, məktəblərin öz işini davam etdirəcəyini və təhsil sektorunda çalışan digər işçilər hesabına dərslərin davam edəcəyini bildiriblər. 

Bununla yanaşı yerli rəsmilər kifayət qədər müəllim və işçinin olmamasına görə, 5 min uşağın təhsil aldığı məktəbəqədər təhsil ocaqlarının fəaliyyətini dayandırıblar. 

Müəllimlər sindikatının məsul şəxsləri bazar ertəsi günü səhər müəllimlərin əmək haqlarının artırılmasına dair hökumət ilə heç bir razılıq əldə edə bilmədiklərini elan etdilər. Müəllimlər sindikatları və birlikləri çərşənbə axşamı yerli rəsmilər ilə yenidən iclas təşkil etməlidirlər. 

Bundan öncə Denver Müəllimlər Birliyi əmək haqlarının artırılmasına dair hökumət ilə aparılan bir illik müzakirələrin sonunda bir bəyanat yayaraq, hökumətin fırıldaqçı təklifinə etiraz olaraq müəllimlərin yenidən tətil aksiyasına başlayacaqlarını elan etdib. 

Amerikada müəllimlərin əmək haqlarının aşağı olması müəllimlərin narazılığına səbəb olub. Taym jurnalıın yazdığına görə, Amerikada bəzi müəllimlər kommunal xərcləri ödəmək üçün qanlarını satmağa məcburdurlar. 

ABŞ-ın bir çox ştatlarında o cümlədən Qərbi Virciniya, Kentaki, Oklahoma və Arizona ştatlarında 2018-ci ildə müəllimlər əmək  haqlarının aşağı olmasına görə dəfələrlə aksiya keçiriblər. 

Teqlər

Şərhlər