İyun 07, 2019 13:40 Asia/Baku
  • Avropa universitetlərinin müəllimləri sionist rejimi boykot etməyə çağırıblar

Avropalı universitet müəllimləri və tədqiqatçılarından onlarla nəfər Avropa Komissiyasına məktubda istəyibdir ki, Avropa Birliyinə üzv ölkələr sionist rejimlə hər cür silah alqı-satqısını dayandırsınlar.

150 avropalı universitet müəllimi və tədqiqatçısı Avropa Birliyinin Komissiyasına açıq məktub göndərərək, bu orqandan istəyibdir ki, sionist rejimlə hər cür silah alqı-satqısını boykot etsin və bu rejimin tədqiqat proqramlarında iştirakını dayandırsın.

Məktubda deyilir ki, Avropa Birliyi sionist rejimin aşkar şəkildə insan haqlarını pozmaqda davam edəcəyi zamanadək bu rejimi hər cür silah və sursat alveri sahəsində boykot etməlidir.

Avropalı universitet müəllimləri həmin məktubda “Avropa Birliyinin üfüqü” layihəsi barədə tədqiqat üçün avropalı vətəndaşlardan vergilərin alınmasına işarə edərək, yazıblar ki, sionist rejimin bu tədqiqat layihəsində iştirakı Avropa Birliyinin dəyərləri ilə təzad təşkil edir.

Avropalı universitet müəllimlərinin Avropa Birliyinə ünvanlanmış məktublarında əlavə olunur ki, sionist rejim işğalçılıq və aparteid siyasətləri üçün texnologiyadan istifadə edir.

Bütün Avropa və Amerika boyunca Fələstinin himayədarları və vətəndaş fəalları son illərdə sionist rejimi boykot etmək üçün geniş fəaliyyətlər aparıblar.

 

 

Teqlər

Şərhlər