Jun 11, 2019 09:47 Asia/Baku
  • İngiltərə XİN-də tətil
    İngiltərə XİN-də tətil

İngiltərə xarici işlər nazirliyinin bir qrup işçisi öz əmək haqqına etiraz olaraq, tətil keçirib.

Tətilçilər deyirlər ki, məvaciblərinin ödənilməməsi ucbatından yaşayış xərclərini təmin etməkdə problemlə üzləşiblər.

İngiltərə mediaları sərt iqtisadi siyasətin icra olunmasının davam etməsini xalqın məişət problemlərinin artmasıının dəlillərindən biri elan ediblər.

BMT də iyunun əvvəllərində bildiribdir ki, İngiltərə hökuməti tərəfindən sərt iqtisadi siyasətin tətbiq edilməsi ilə bu ölkədə həyat keyfiyyəti özünün ən aşağı həddinə enibdir.

Belə bir halda, İngiltərə hökuməti daim bu həqiqəti danır.

 

 

Teqlər

Şərhlər