Aug 01, 2019 07:52 Asia/Baku
  • Nigeriyanın Londondakı səfirliyi önündə Zəkzakiyə dəstək piketi keçirilir
    Nigeriyanın Londondakı səfirliyi önündə Zəkzakiyə dəstək piketi keçirilir

Nigeriya İslami Hərəkatı rəhbərinin həbsdə saxlanılmasının davam etməsinə qarşı çıxanlar bu ölkənin Londondakı səfirliyi önündə sutkalıq piket keçirirlər.

Müsəlmanlar və bir qrup insan haqları fəalı Nigeriyanın Londondakı səfirliyi önündə sutkalıq piket keçirirlər. Onlar aydınlarşdırıcı çıxışlar edib, Nigeriya hökumətinin müsəlmanlara qarşı hərəkətlərini ifşa edirlər. Piketçilər həmçinin namaz qılıb, dualar oxuyaraq, Allah-Taaladan bu ölkənin islami hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin sağalmasını diləyirlər.

Bu piket İslami İnsan Haqları Komissiyasının çağırışı ilə keçirilir.

Şeyx Zəkzaki, azadlığı barədə hökmün çıxarılmasına rəğmən, 2015-ci ildən bəri qanunsuz şəkildə həbsdə saxlanılır. Onun səhhəti ağırlaşmaqdadır.

Nigeriya məhkəməsi bazar ertəsi günü Şeyx Zəkzaki barədə hökmün çıxarılmasını təxirə salaraq, nəhayət qəbul etdi ki, bu müsəlman din aliminin müalicəsi prosesinin izlənilməsi haqda araşdırma aparsın.

Prokurorlar isə bu məhkəmədən istəyiblər ki, Zəkzakinin vəkillərinin onun müalicə üçün xaricə göndərilməsinə dair xahişi ilə müxalifət etsin.

Şeyx Zəkzakinin tibbi müayinəsi onun, zəhərlənmənin müalicəsinə və tam şəkildə korolma təhlükəsinə görə, xaricə göndərilməsi vacibliyinə təkid edir.

 

 

Teqlər

Şərhlər