Aug 01, 2019 15:38 Asia/Baku
  • İspaniya dəmiryolunda tətil
    İspaniya dəmiryolunda tətil

Avropada yay tətillərinin ən izdihamlı günlərində dəmiryolu işçilərinin tətilinə görə, İspaniyada mindən çox qatarın iş proqramı ləğv olunub.

İspaniya dəmiryolu şirkəti bir bəyanatda bildirib ki, bu ölkənin dəmiyolu nəqliyyatı işçilərinin tətil keçirmələrinin ardınca 1052 qatarın proqramı ləğv olunub və sərnişinlərin daşınması problemlə üzləşibdir.

Bu bəyanatda proqnoz edilibdir ki, tətilin davam etməsilə bir çox qatarın hərəkət cədvəli ləğv olunacaq və ya dəyişdiriləcəkdir.

İspaniyanın dəmiryolu işçiləri dünən işdən əl çəkərək, bildiriblər ki, üç gün sonra, o cümlədən avqustun 14-ü, 31-i və sentyabrın birində tətil keçirəcəklər.

Deyilənlərə görə, İspaniya dövlət dəmiryolu şirkətində təqribən 14 min nəfər işləyir.

İspaniya Avropanın yay tətillərində qatarla səfər etmək istəyən Avropa ölkələrindən iri həcmdə sərnişin qəbul edir.

Teqlər

Şərhlər