Aug 09, 2019 13:01 Asia/Baku
  • ABŞ-ın cənub ştatlarında 680 miqrant həbs olunub

Amerika rəsmiləri deyirlər ki, bu ölkənin cənub-şərqində qanuni sənədləri olmayan yüzlərlə mühaciri həbs ediblər.

APTN telekanalının məlumatına görə, Amerika rəsmiləri bildiriblər ki, çərşənbə günü polis qüvvələrinin həmin ölkənin cənub ştatlarında bir neçə yeməkxanaya qarşı hücumunda 680 mühacir həbs olunub. Bu hücum ABŞ prezidenti Donald Trampın qanunsuz mühacirlərlə mübarizə üzrə proqramının bir hissəsi kimi həyata keçirilib.

Bu məlumata görə, həbslərin başlıca hissəsi ICE adlı xüsusi gömrük və mühacirət qüvvələri tərəfindən həyata keçirilib.

Bu həbslər barədə yayılmış təsvirlərdə mühacirlər uzun növbələrə dayanıblar, əllərini boynlarının ardına qoyublar. ICE qüvvələri də onların başlarının üstünü kəsdiriblər.

Belə bir halda, Missisipi ştatının cənub bölməsinin prokuroru Mayk Hirst bu miqrantları işə götürən Amerika vətəndaşlarını məsuliyyətə cəlb etməklə hədələyibdir.

Tramp Ağ Ev-ə daxil olandan bəri miqrantlara qarşı sərt siyasətlər yeridibdir ki, bu da uşaqlar daxil olmaqla onların bir qrupunun ölümü ilə nəticələnibdir.

 

Teqlər

Şərhlər