Aug 09, 2019 17:53 Asia/Baku
  • Nigeriya hökumətinin Şeyx Zəkzakinin müalicə səfəri üzrə şərtləri

Nigeriya hökuməti Şeyx İrahim Zəkzakinin və onun həyat yoldaşının müalicə kursu keçmək üçün Hindistana səfər icazəsinin verilməsindən ötrü şərtlər qoyubdur.

Kaduna əyalətində daxili işlər və təhlükəsizlik komissiyasının sədri Samuel Aruvan deyib ki, bu əyalətin hökuməti Kaduna ali məhkəməsinin Şeyx Zəkzakinin Hindistana səfəri icazəsinin verilməsinə dair hökmünə etiraz edəcək.

Bu nigeriyalı rəsmi deyibdir ki, Hindistandakı xəstəxanada Zəkzaki ilə görüş vaxtının Nigeriyanın xarici işlər nazirliyi tərəfindən müəyyən edilməsi təyin edilmiş şərtlərdəndir.

O, həmçinin iki mötəbər zaminin təqdim olunmasını da Şeyx İrahim Zəkzakinin və onun həyat yoldaşının xarici səfər icazəsinin verilməsinin digər şərti adlandırıbdır.

Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzaki, Nigeriya ordusunun onun Zariyadakı evinə basqın etdiyi 2015-ci ildən bəri həbsdədir.

Şeyx Zəkzakinin vəkili bu yaxınlarda Kaduna məhkəməsinin Şeyx Zakzakinin həyat yoldaşı ilə birgə Hindistana müalicə səfəri barədəki qərarını açıqladı.

Teqlər

Şərhlər