Aug 16, 2019 15:03 Asia/Baku
  • Seul: Pxenyan iki raket sınağı keçirib
    Seul: Pxenyan iki raket sınağı keçirib

Cənubi Koreya bu gün səhərçağı bildirib ki, Şimali Koreya iki yeni raketi sınaqdan keçirib.

Bu, son iki həftədə Şimali Koreyanın yeddinci raket sınağıdır.

Şimali Koreyanın rəhbəri Kim Çen In bu ölkənin yeni raket sınaqlarını Amerikadan silah idxalatını, həmçinin Vaşinqtonla birgə manevrlər keçirməyi dayandırmaq barədə Seula xəbərdarlıq adlandıırıbdır.

Şimali Koreyanın xəbərdarlıqlarına rəğmən, Amerika və Cənubi Koreyanın birgə hərbi manevri bazar ertəsi günündən başlanıb və 25 gün davam edəcəkdir.

Şimali Koreya Amerika ilə nüvə tərkisilahı müzakirələrinin başlanmasından bir neçə ay öncədən öz nüvə və raket sınaqlarını dayandırmışdı, amma bu müzakirələrin uğursuz qalmasından sonra raket və nüvə proqramını inkişaf etdirmək istiqamətində addımlar atıbdır.

Şimali Koreya lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp son bir ildə üç dəfə görüşüblər.

Lakin ABŞ Sinqapur sazişləri çərçivəsində heç bir əməli addım atmayıb və bu, Pxenyanın tənqidlərinə səbəb olubdur.

Şimali Koreya iki ölkənin danışıqlarının uğursuz olmasının əsas səbəbini ABŞ-ın öz öhdəliklərinə əməl etməməsi və bu ölkənin tamahkarlığı adlandırıbdır.

Teqlər

Şərhlər