Sep 15, 2019 13:26 Asia/Baku
  • Fransa polisinin sarı jiletlilərə qarşı zorakılıqları davam edir

Fransa polisinin Nant şəhərində "sarı jiletlilər" adlı kapitalizm quruluşuna etiraz edənlərdən birinə qarşı zorakı rəftarı bir daha xəbərlərə səbəb olub. Bu hərəkət Fransa hökumətinin iqtisadi siyasətinə etiraz istiqamətndə keçirilən 44-cü şənbə aksiyası gedişində törədilib.

Fransa hökumətinin iqtisadi siyasətinə etiraz edənlər dünən bu ölkənin müxtəlif şəhərlərində aksiyalar keçirərək, öz 44-cü etiraz şənbələrini arxada qoyublar. Polis qüvvələrinin Nant şəhərində etirazçılardan biri ilə rəftarı haqda videonun yayılması fransız ümumi fikrin və mediaların hiddətini doğurub.

İndiyədək 14 min nəfərin tamaşa etdiyi və təqribən min dəfə twitter-də yayılan bu videoda beş fransız polis etirazçılardan birinə hücum edərək, onu döyür və sonra həbs edir.

İstifadəçilər təsvirləri yayaraq, yazıblar: Makron siyasi polisinin şücaəti diktatorluq yolundadır.

Teqlər

Şərhlər