Sep 17, 2019 08:48 Asia/Baku
  • London və Brüssel breksit müzakirələrinin sürətləndirilməsilə razılaşıblar
    London və Brüssel breksit müzakirələrinin sürətləndirilməsilə razılaşıblar

İngiltərənin baş naziri və Avropa Komissiyasının sədri Londonun Avropa Birliyindən çıxması müzakirələrinin sürətləndirilməsi vacibliyi haqda razılığa gəliblər.

İngiltərənin baş nazirlik ofisinin məlumatına görə, bu ölkənin baş naziri Boris Conson və Avropa Komissiyasının sədri Jan Klod Yunker razılaşıblar ki, Avropa Birliyinin breksit məsələləri üzrə baş müzakirəçisi Mişel Barniye ilə İngiltərənin breksit naziri Stefen Barkli arasında siyasi səviyyədəki müzakirələr davam etdirilsin.

Conson Avropa Birliyi ilə razılığa çatmağa meylli olduğunu bildirib, amma qeyd edib ki, breksit möhləri oktyabrın 31-də uzadılmayacaqdır.

Yunker də bu görüşdə vurğulayıbdır ki, İngiltərə breksit razılaşmasının ilkin mətni ilə mütənasib real və qanuni həll yolunu təqdim etməyə borcludur.

İngiltərə 46 gündən az bir zamanda ya Avropa Birliyindən çıxma tərzi barədə razılığa gəlməli, ya da ki, razılıqsız şəkildə bu birliyi tərk etməlidir.

Conson vurğulayır ki, razılıqsız breksitə meylsizdir, amma onun hökuməti bu ssenari ilə qarşılaşmaq üçün bütün lazımi tədbirləri nəzərdə tutubdur.

Ötən üç il ərzində heç bir İngiltərə hökuməti breksit vədini reallaşdırmağa müvəffəq olmayıbdır.

 

Teqlər

Şərhlər