Sep 19, 2019 09:06 Asia/Baku
  • AB sionist qəsəbəsalmaların dayandırılmasını istəyib
    AB sionist qəsəbəsalmaların dayandırılmasını istəyib

Avropa Birliyi bir açıqlamada sionist rejimin baş nazirinin qərb sahilində yeni sionist qəsəbələrin salınmasına dair qərarını qanunsuz adlandırıb və bu prosesin dayandırılmasını istəyib.

Avrop Birliyi bildirib ki, işğal olunmuş Fələstin ərazilərində və Qüds şəhərindəki bütün sionist qəsəbələr beynəlxalq qanunlara görə, qanunsuzdurlar.

Sionist rejimin baş naziri Benyamin Netanyahu bir neçə gün bundan öncə bir seçki çıxışı zamanı iddia etdi ki, qərb sahilində yerləşən "İordan dərəsi" və "Bəhrulmeyyit"in şimalını işğal olunmuş Fələstin ərazilərinə qatacaq.

Bir çox beynəlxalq təşkilat, ölkə və şəxsiyyət, o sıradan Avrop Birliyi, İslam Əməkdaşlığı Təşkilatı və BMT Netanyahunun çıxışının nəticələri barədə xəbərdarlıq edibdir.

Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas da deyib ki, Netanyahunun qərarları beynəlxalq qanunlara ziddir. O, vurğulayıb ki, fələstinlilər mümkün olan hər bir vasitə ilə öz hədəflərinə çatmaq və öz hüquqlarını müdafiə haqqına malikdirlər.

Teqlər

Şərhlər