Oct 08, 2019 08:00 Asia/Baku
  • Avropa ölkələrində ekologiya fəallarının etirazı
    Avropa ölkələrində ekologiya fəallarının etirazı

“Nəsli kəsilməyə qarşı qiyam” adlı ətraf mühitə tərəfdar hərəkatın üzvləri Avropanın bəzi mühüm şəhərlərində etiraz aksiyaları keçiriblər.

Berlin, Madrid, London, Amsterdam və digər Avropa paytaxtları dünən “Nəsli kəsilməyə qarşı qiyam” adlı ətraf mühitə tərəfdar hərəkatın üzvlərinin nümayişlərinin şahidi olublar.

Bu etirazlarda məqsəd, Avropa və sənaye ölkələrinin məsul şəxslərinin diqqətini yerin istiləşməsinə cəlb etmək elan olunubdur.

Hollandiya polisi Amsterdamın izdihamlı küçəlrindən birinə toplaşmış ekologiya tərəfdarlarından doxsana yaxın etirazçının həbs olunmasından xəbər verib.

London polisi də dünən aksiyalarda 135-ə yaxın insanın həbs olunduğunu bildirib.

İspaniyanın paytaxtı Madrid də bu aksiyalardan kənarda qalmayıb.

Almaniyada isə “Nəsli kəsilməyə qarşı qiyam” qrupunun tərəfdarları bu ölkənin kansleri Angela Merkelin ofisi qarşısına toplaşıblar.

Bu etirazlar dünyanın altmış ölkəsində planlaşdırılıb.

“Nəsli kəsilməyə qarşı qiyam” xalq hərəkatı 2018-ci ildə İngiltərədə fəaliyyətə başlayıb və indiyədək dünyanın əlli ölkəsində üzv qəbul edibdir.

Bu qrupun əsas tələbi, iqlim dəyişiklikləri haqqında həqiqətləri yaymaqla yanaşı, istixana qazı tullantılarının azaldılmasıdır.

 

Şərhlər