Oct 08, 2019 13:00 Asia/Baku
  • Lavrov-Barizani görüşü zamanı bölgədəki hadisələrə nəzər salınıb
    Lavrov-Barizani görüşü zamanı bölgədəki hadisələrə nəzər salınıb

Rusiya xarici işlər naziri Sergey Lavrov, İraq Kürdüstan bölgəsinin başçısı Niçrəvan Barizani ilə görüşərək, onunla bölgədəki vəziyyəti, Qərbi Asiya və İraqdakı hadisələri araşdırıb.

Lavrov həmçinin Ərbil səfəri zamanı Kürdüstan demokrat partiyasının lideri Məsud Barizani ilə də görüşüb.

Lavrov beş ildən sonra ilk dəfə olaraq İraqa səfər edərək, bu ölkənin rəsmiləri ilə danışıqlar aparıb.

Rusiya xarici işlər naziri və onu müşayiət edən nümayəndə heyəti İraqın baş naziri Adil Əbdulməhdi ilə də görüşərək, onunla iki ölkə arasındakı münasibətləri və onların siyasi, təhlükəsizlik, iqtisadi, elmi və regional sahələrdə genişləndirilməsi yollarını müzakirə edib.

İraqlı həmkarı Muhəmməd Əli Həkimlə görüşdükdən sonra Rusiya xarici işlər naziri Moskvanın İraqa silah satış müqavilələrini icra edəcəyini söyləyib.

Lavrov həmçinin İraq prezidenti Bərhəm Salih ilə də görüşərək, onunla ikitərəfli münasibətləri və bölgədəki olayları müzakirə edib.

 

 

 

Şərhlər