Nov 08, 2019 08:49 Asia/Baku
  • Bolton Trampın impiçment işində şəhadət verməkdən çəkinib
    Bolton Trampın impiçment işində şəhadət verməkdən çəkinib

Ağ Ev-in keçmiş milli təhlükəsizlik müşaviri bu ölkənin prezidenti Donald Trampın impiçmenti üzrə təhqiqat işində şəhadət vermək üçün ABŞ konqresinin nümayəndələr palatasının dinləmə iclasında iştirakdan boyun qaçırıb.

ABŞ konqresinin nümayəndələr palatasının kəşfiyyat komitəsinin bir rəsmisi bu xəbəri verərək əlavə edib: Boltonun vəkili də təhdid edibdir ki, müvəkkili üçün çağırış vərəqəsi verilərsə, bu palatanı məhkəməyə verəcək.

ABŞ konqresinin nümayəndələr palatasının xarici əlaqələr, kəşfiyyat, həmçinin nəzarət və düzəliş komitələri ötən həftənin çərşənbə günü Boltondan istməşdilər ki, noyabrın 7-də bu komitələrə gələrək, Ukraynageyt rüsvayçılığı macərası haqda təhqiqat aparanların suallarını cavablandırsın.

Bu günlər Trampın başı Ukraynageyt rüsvayçılığı macərasına qarışıbdır.

Son zamanlar naməlum bir şəxs bildirdi ki, Tramp iyul ayının sonlarında ukraynalı həmkarı Vladimir Zelenski ilə telefona söhbətində 2020-ci il ABŞ prezident seçkilərində onun əsas rəqibi olacaq demokratların namizədi Co Baydenin imicini xarab etmək üçün bildiyi məlumatları onun ixtiyarına qoysun.

Deyilənlərə görə, Tramp Amerikanın Ukraynaya 250 milyon dollarlıq hərbi yardımını Baydenin və oğlunun korrupsiyası haqda təhqiqatla şərtləndiribdir.

Bu rüsvayçlıqdan sonra ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosinin göstərişi ilə Trampın impiçmenti üzrə təhqiqat prosesi başlanıbdır. İndiyədək azı 225 konqresmen Trampın impiçmentinə dəstək veribdir.

 

Şərhlər