Dek 11, 2019 08:40 Asia/Baku
  • ABŞ və Ərəbistan dünyanın iqlim siyahısının autsayderidirlər

BMT-nin məlumatında Amerika və Ərəbistan dünyanın iqlim siyahısının autsayderidirlər.

BMT dünən istixana qazlarının yayılması miqdarı barədəki məlumatında bildirib ki, Amerika və Ərəbistan əsas çirkləndirici ölkələrdəndirlər və onlarda istixana qazları istehsalının azalması barədə təqribən heç bir əlamət görünmür.

Ölkələrin hətta Avropa Birliyində iqlim sahəsindəki fəaliyyətlərinin son dərəcə fərqli olduğu bir halda, bu məlumat göstərir ki, üzərində araşdırma aparılan ölkələrin heç biri hazırda Paris iqlim sazişinin hədəflərilə ahəngdar istiqamətdə deyildir.

2015-ci il Paris sazişində ölkələr dünyanın istiliyinin artmasını məhdudlaşdırmaq üçün səy göstərmək barədə razılaşdılar.

Amerika prezidenti Donald Tramp deyir ki, istixana qazlarının yayılmasının azalması üzrə beynəlxalq layihədən çıxmaq niyyətindədir.

Bu məlumata görə, dünyada ən böyük çirkləndirici ölkə olan Çin emal oluna bilinən enerjilər sahəsindəki geniş investisiyaya görə, istixana qazlarının azalması istiqamətində “orta addım” atıbdır.

Hərçənd xəbərdarlıq edilibdir ki, Çin daş kömür yanacağı ilə elektrik stansiyaları layilərini icra etməyi davam etdirməklə siyahısının sonuna süqut edə bilər.

Yerin istiləşməsilə beynəlxalq istiləşmə okeanların səviyyəsi və yerin istiliyinin orta hesabla artması ilə nəticələnib və yerin iqlim şəraitinin dəyişməsi sonda kəskin quraqlıq, yandırıcı istilik və dəhşətli tufanlara bais olacaqdır.

 

Teqlər

Şərhlər