Yan 24, 2020 14:01 Asia/Baku
  • M.Esper İranın raket intiqamında verdikləri tələfatın miqdarını gizlədir

ABŞ müdafiə naziri İranın raket intiqamında verdikləri tələfatın miqdarı barədəki suala cavab verməkdən boyun qaçırıb.

CNN müxbiri Barbara Star öz tvitter səhifəsində yazıb ki, Amerikanın müdafiə naziri Mark Esper müxbirin İranın Əynuləsəd bazasına qarşı raket hücumunda yaralanmış amerikalı hərbçilərin sayı barədəki sualını cavablandırmaqdan boyun qaçıraraq, deyib ki, bu rəqərmlərdən xəbərsizdir, amma barəsində məlumat əldə edə bilər və bunlar, haqqında məlumat vermədiyimiz məsələlərdir.

Hökuməti, İranın raket intiqamındakı tələfatı gizlətməyə üz tutmuş Amerika prezidenti Donald Tramp çərşənbə axşamı günü iddia etdi ki, Əynuləsəd bazasındakı əsgərlərin aldıqları bədən xəsarətləri ciddi olmayıb və bu şəxslərin bəziləri başağrısına mübtəla olublar.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah təcavüzkar amerikan qüvvələrin general-leytenant Qasem Soleymanini və onun silahdaşlarını Bağdad hava limanında terror etmək üzrə terrorçu və cinayətkar əməliyyatına cavab olaraq, yanvarın səkkizində terrorçu Amerika qüvvələrinin İraqda yerləşən Əynuləsəd aviabazasını on üç raketlə hədəfə aldı.

Məlumatlara görə, İranın bu intiqam hücumu nəticəsində bir qrup amerikalı hərbçi ölüb və ya yaralanıbdır. Həmçinin tibbi imkanlar onları təmin etməyib və yaralılar vertolyotlar vasitəsilə Amerikanın Bağdaddakı xəstəxanasına köçürülüblər.

 

 

Şərhlər