Mart 26, 2020 09:52 Asia/Baku
  • ÜST: Koronavirusla mübarizə üzrə beynəlxalq həmrəylik zamanıdır
    ÜST: Koronavirusla mübarizə üzrə beynəlxalq həmrəylik zamanıdır

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru dünən gecə bildirib ki, koronavirus pandemiyası son iki həftədə sürətlənib. Qeyd edib ki, hazırda koronavirusla mübarizə üzrə beynəlxalq həmrəylik zamanıdır.

Tedros Adhanom Qabrisos bir konfransda BMT baş katibinin dünya ictimaiyyətini bu təşkilatın koronavirusla mübarizə üzrə səylərinə dəstək verməyə çağırmasına toxunub. Deyib ki, koronavirusla mübarizə üçün beynəlxalq həmkarlıq zəruridir.

BMT-nin baş katibi Antonio Quterreş dünən bu təşkilatın koronavirusla mübarizə istiqamətində yoxsul ölkələrə yardım layihəsindən xəbər verib. O, deyib: Dünya ictimaiyyəti koronavirusla mübarizə istiqamətində daha çox yardıma ehtiyac duyan ölkələrə kömək üçün lazımi imkan və təchizatları təşkil etməlidir.

COVID-19-LA MÜBARİZƏDƏ BEYNƏLXALQ HƏMRƏYLİK

Şərhlər