Apr 06, 2020 08:29 Asia/Baku
  • 330 mindən çox amerikan COVID-19-a yoluxub
    330 mindən çox amerikan COVID-19-a yoluxub

Amerikada COVID-19-a yoluxanların sayı başqa bir sıçrayışla 330 min nəfəri keçib.

Amerika mediaları dünən bildiriblər ki, bu ölkədə 330 min 263 nəfər koronavirusa yoluxubdur ki, onlardan 9444 nəfər həyatını itiribdir.

ABŞ hazırda koronavirusa mübtəla olmuş ölkələrin önündə gedir.

Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayına görə, sınaq şüşələri çatışmazlığı ilə üzləşibdir.

Ümumdünya Səhiyyə Təşkilatı martın 24-də elan etdi ki, Amerika yaxın gələcəkdə ehtimal üzrə koronavirusun sirayət etməsi ocağına çevriləcək.

Hazırda bu ölkənin bütün əlli ştatı koronavirusa düçar olub.

Amerika xəstəxanalar cəmiyyəti bundan öncə bildirdi ki, ehtimal üzrə 96 milyon amerikalı bu virusa yoluxacaq və onlardan 480 min nəfər həyatını itirəcəkdir.

Amerikada Donald Tramp hökumətinin koronavirus pandemiyası qarşısındakı fəaliyyəti ilə bağlı nigarançılıqlar yüksəlib və hətta bu ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edilibdir.

Trutos amerikan saytı son zamanlar bu ölkədə 28 milyon nəfərin slğorta xidmətlərindən istifadə etmədiyini bildirdi və bu ölkədə koronavirus pandemiyasını bir faciə adlandırdı.

Şərhlər