Apr 07, 2020 09:48 Asia/Baku
  • Adhanom fransız həkimlərin rasist rəftarını tənqid edib

Ümumdünya Səhiyyə Təşkilatının baş katibi iki fransız mütəxəssisin koronavirus vaksinasının Afrika qitəsində sınaqdan keçirilməsi barədəki təklifini «rasistcəsinə və qorxunc» bir fikir adlandırıb.

Ötən həftə Fransanın səhiyyə sahəsi üzrə iki eksperti bu ölkənin LCI telekanalına gələrək, Afrika qitəsində süni tənəffüs aparatları, müalicə tədbirləri və maska çatışmazlığına işarə edib.

Jan Paul Mira və Kamil Loç veriliş zamanı koronavirus vaksinasının Afrika qitəsində sınaqdan keçirilməsi barədə təklif irəli sürüblər.

Ümumdünya Səhiyyə Təşkilatının baş katibi Tedros Adhanom bu məsələyə belə yanaşıb: Bu iki fransız mütəxəssisin koronavirus vaksinasının Afrika qitəsində sınaqdan keçirilməsi barədə təklifi rasistcəsinə, qorxunc və müstəmləkəçilik dövründən qalmış bir fikirdir.

Ümumdünya Səhiyyə Təşkilatının baş katibi sonra belə deyib: Afrika heç bir vaksinanın sınaqdan keçirilməsi üçün bir məkan ola bilməz və olmamalıdır da. Biz hər cür vaksinanın və ya müalicə metodunun sınağı üçün bütün dünyada bütün qaydalara riayət edəcəyik, istər Avropada, olsun, istər Afrikada olsun, istərsə də hər bir digər məkanda.

Adhanomun sərt tənqidindən əlavə, əsliyyətcə afrikalı olan bir neçə avropalı futbolçu da bu iki fransız ekspertin sözlərini kəskin şəkildə pisləyibdir.

İndiyədək dünyada bir milyon 33 min nəfərdən çox insan koronavirusa yoluxub və 73 min 893 nəfər həyatını itiribdir.

ADHANOM 2 FRANSIZ EKSPERTİN TƏKLİFİNİ TƏNQİD EDİB

 

Şərhlər