Apr 10, 2020 10:16 Asia/Baku
  • Avropa pandemiyanın ən ağır dövrünün keçilməkdə olduğunu deyir
    Avropa pandemiyanın ən ağır dövrünün keçilməkdə olduğunu deyir

İspaniya hökuməti bildirib ki, ölkə koronavirus epidemiyasının ən ağır mərhələsini keçməkdədir.

Aprelin 9-da İspaniya parlamenti ölkədə fövqəladə vəziyyətin müddətini daha 15 gün, aprelin 26-dəkuzatmaq barədə qərar qəbul edib.

Baş nazir Pedro Sánchez millət vəkillərinə deyib ki, “yanğın nəzarət altına gəlir” və onun ölkəsi virus üzərində “tam qələbə” çalacaq.

İspaniyada Avropa üzrə koronavirusa yoluxanların rekord sayı qeydə alınıb. Aprelin 9-na olan məluimata görə bu ölkədə indiyədək 152,446 nəfər COVID-19 virusuna yoluxub.

Bunlardan 15,238 nəfəri vəfat edib.

İspaniya pandemiya ilə bağlı bütün Avropada ən sərt məhdudiyyətlər tətbiq etmiş ölkələrdən biridir.

AVROPA PANDEMİYANIN AĞIR DÖVRÜNÜN KEÇİLMƏKDƏ OLDUĞUNU DEYİR

Şərhlər